<?xml version="1.0" encoding="UTF-8"?><song><hymn_number>373</hymn_number>
<lyrics>[V1]
 Allahım, mən Sənlə olmaq istərəm,
 Sənin işığında gəzmək istərəm.
 Qəlbimi, canımı Sənə bağlayıb,
 Sənintək müqəddəs olmaq istərəm.

[C1]
   Bütün həyatımı Sənə bağlaram,
   Səninlə sevinib, Sənlə ağlaram.
   İdarə etməkçün bütün ömrümü
   Sənin əllərinə vermək istərəm.

[V2]
 Səni dərk etməkçün zehnimi açdın,
 Sənin həyat verən lütfünü aldım.
 Müqəddəs Ruhunla, sevginlə doldum,
 Mən Sənin İsmini yaymaq istərəm.

[V3]
 Sənsən yol, həqiqət, əbədi həyat,
 Həyatın mənimçün böyük nümunə.
 Sənin gözlərinlə, məhəbbətinlə
 Yaratdıqlarına baxmaq istərəm.</lyrics>
<title>Allahım, mən Sənlə olmaq istərəm İL373</title>
</song>